Cəmi: 0 AZN
Cəmi: 0.00 AZN
<i style="font-style:normal;">Volfeks</i><i style="font-style:normal;color:red;">(Qurdqovucu)</i>

Volfeks(Qurdqovucu)

(709 Baxış)
0 AZN
  • Sifariş et
  • Qisa Məlumat
    Tərkibi:
    10 ml şərbətin tərkibinə daxildir:
    Təsiredici maddələr:
    Dərman gülümbaharı (Calendula officinalis) çiçəklərinin duru ekstraktı – 1,5 ml
    Adi zirə (Carum carvi) meyvələrinin duru ekstraktı – 1,5 ml
    Adi kəklikotu (Thymus vulgaris) otunun duru ekstraktı – 1,5 ml
    Dərman gülxətmi (Althaea officinalis L.) kökünün duru ekstraktı – 1,5 ml
    Köməkçi maddələr:
    Saxaroza (Saccharosum), Qatı ərik şirəsi (Concentrated apricot juice), Qatı gavalı şirəsi
    (Concentrated plum juice), Natrium benzoat (Natrium benzoicum), Kalium sorbat (Kalii sorbas),
    Qliserin (Glyserolum), Limon turşusu (Acidum citricum), Ksantan kitrəsi (Xanthomonas
    campestris), Təmizlənmiş su (Purified water).
    Məhsul haqqında məlumat:
    Volfeks – Qurd invaziyaları zamanı qidanı bioloji fəal maddələrlə zənginləşdirmək üçün tövsiyə
    olunan BFMQƏ-dir.
    Əks göstərişlər:
    Bioloji fəallığa malik qida əlavəsinin hər hansı bir komponentinə qarşı fərdi həssaslıq.
    İstifadə qaydası və dozası:
    4-7 yaş uşaqlar: 10 ml gündə 2 dəfə yeməkdən 30 dəqiqə sonra;
    8-14 yaş uşaqlar: 15 ml gündə 2 dəfə yeməkdən 30 dəqiqə sonra;
    14 yaşdan yuxarı uşaqlar və böyüklər: 20 ml gündə 2 dəfə yeməkdən 30 dəqiqə sonra;
    Tövsiyə edilən təyinat yalnız həkim məsləhəti ilə dəyişdirilə bilər!
    Əlavə təsirləri:
    Məhsul istifadə üzrə təlimata uyğun qəbul olunarsa, heç bir əlavə təsir müşahidə olunmur.
    Xəbərdarlıq: Dərman vasitəsi deyildir. Bioloji fəallığa malik qida əlavəsidir.
    Məhsul xəstəliklərin müalicəsi məqsədilə istifadə edilə bilməz!
    Tövsiyə edilən sutkalıq dozanı aşmayın!
    Hamiləlik və laktasiya dövründə, xəstəlik və dərman istifadəsi zamanı və ya digər hallarda həkimlə
    məsləhətləşin!
    Bioloji fəallığa malik qida əlavələri balanslaşdırılmış qidanı əvəz etmir!
    4-14 YAŞ UŞAQLAR ÜÇÜN UYĞUNDUR!
    Buraxılış forması:
    Şüşə flakonda, şərbət formasında, 100 ml, içlik vərəqəsi ilə birgə karton qutuya yerləşdirilir.
    Şərhlər
    Video