Qisa Məlumat
Vaşalor 100 ml
(Gigiyenik vasitənin istifadəsi üzrə təlimat)
Tərkibi: (100 ml üçün)
Təsiredici maddələr:
Dəniz duzu – 2200 mq
Evkalipt yağı – 500 mq
Timol – 32 mq
Alfa - tokoferol asetat – 1700 mq
İstiotlu nanə yağı – 5 mq
Köməkçi maddələr:
Təmizlənmiş su, Qliserin.
Məhsul haqqında məlumat:
Vaşalor - burun boşluğuna qulluq üçün gigiyenik vasitədir.
Əks göstərişlər:
Məhsulun hər hansı bir komponentinə qarşı fərdi həssaslıq.
İstifadə qaydası və dozası:
4-7 yaş uşaqlar: 1 püskürtmə gündə 2-3 dəfə.
8-14 yaş uşaqlar: 2 püskürtmə gündə 2-3 dəfə.
14 yaşdan yuxarı uşaqlar və böyüklər: 3-4 püskürtmə gündə 2-3 dəfə.
Tövsiyə edilən təyinat yalnız həkim məsləhəti ilə dəyişdirilə bilər!
Əlavə təsirləri:
Məhsul istifadə üzrə təlimata uyğun qəbul olunarsa, heç bir əlavə təsir müşahidə olunmur.
Xəbərdarlıq: Dərman vasitəsi deyildir. Gigiyenik vasitədir.
Məhsul xəstəliklərin müalicəsi məqsədilə istifadə edilə bilməz!
Tövsiyə edilən sutkalıq dozanı aşmayın!
Hamiləlik və laktasiya dövründə, xəstəlik və dərman istifadəsi zamanı və ya digər hallarda həkimlə məsləhətləşin!
Məhsul balanslaşdırılmış qidanı əvəz etmir.
4-14 YAŞ UŞAQLAR ÜÇÜN UYĞUNDUR!
Buraxılış forması:
Şüşə flakonda, sprey formasında 100 ml, içlik vərəqəsi ilə birgə karton qutuya yerləşdirilir.