Qisa Məlumat
Bitki xammalı: Foeniculum vulgare (лат), Adi razyana (az.), Фенхель (рус.), Rezene (tr.), Fennel (eng.)
İstifadəsinə göstəriş: Razyana meyvələri bağırsaq spazmları, meteorizm, dispepsiya ilə müşayət olunan mədə-bağırsaq xəstəliklərində (uşaqlarda köp, spastik kolit, bağırsaq sancılarında, dispepsiya, meteorizm), o cümlədən yuxarı tənəffüs yollarının xəstəliklərində bəlğəmgətirici kimi istifadə olunur. Razyana meyvələrinin dəmləməsi sidikqovucu, sakitləşdirici vasitə kimi istifadə olunur, laktasiya dövründə ana südünün miqdarını artırır.
İstifadə qaydası: Razyana meyvələri daxilə qəbul olunur.
Meyvələrin 10 qramı (2 çay qaşığı) emal və ya şüşə qaba yerləşdirilir, üzərinə qaynar olan 200 ml (1 stəkan) qaynanmış su əlavə olunur, qapağı örtülür və 2 saat ərzində dəmlənilir. Süzülür, qalmış xammal sıxılır.
Böyüklər 200 ml gündə 3-4 dəfə, 1-10 yaş arası uşaqlar 50-100 ml gündə 3-5 dəfə, 0- 1 yaş uşaqlar 15 ml (1 xörək qaşığı) gündə 3-5 dəfə ilıq halda daxilə qəbul edə bilər. Zövqə görə çaya şəkər ələvə etmək olar.
r.