Qisa Məlumat
Ratrivin 25 ml
Gigiyenik vasitənin istifadəsi üzrə təlimat
Tərkibi: (25 ml üçün)
Təsiredici maddələr:
Dəniz duzu – 440 mq
Evkalipt yağı – 120 mq
Timol – 4,5 mq
Alfa - tokoferol asetat – 340 mq
İstiotlu nanə yağı – 250 mq
Köməkçi maddələr:
Təmizlənmiş su, Qliserin.
Məhsul haqqında məlumat:
Ratrivin - Burunun selikli qişasının quruluğu ilə müşayət olunan selikli qişanın kəskin və xroniki iltihabi xəstəliklərində, burun boşluğunda əməliyyatdan sonrakı dövrdə tövsiyə olunan gigiyenik vasitədir.
Əks göstərişlər:
Məhsulun hər hansı bir komponentinə qarşı fərdi həssaslıq.
İstifadə qaydası və dozası:
4-7 yaş uşaqlar: 1 püskürtmə gündə 2-3 dəfə.
8-14 yaş uşaqlar: 2 püskürtmə gündə 2-3 dəfə.
14 yaşdan yuxarı uşaqlar və böyüklər: 3-4 püskürtmə gündə 2-3 dəfə.
Tövsiyə edilən təyinat yalnız həkim məsləhəti ilə dəyişdirilə bilər!
Əlavə təsirləri:
Məhsul istifadə üzrə təlimata uyğun qəbul olunarsa, heç bir əlavə təsir müşahidə olunmur.
Xəbərdarlıq: Dərman vasitəsi deyildir. Gigiyenik vasitədir.
Məhsul xəstəliklərin müalicəsi məqsədilə istifadə edilə bilməz!
Tövsiyə edilən sutkalıq dozanı aşmayın!
Hamiləlik və laktasiya dövründə, xəstəlik və dərman istifadəsi zamanı və ya digər hallarda
həkimlə məsləhətləşin!
Məhsul balanslaşdırılmış qidanı əvəz etmir.
4-14 YAŞ UŞAQLAR ÜÇÜN UYĞUNDUR!
Buraxılış forması:
Plastik flakonda, sprey formasında 25 ml, içlik vərəqəsi ilə birgə karton qutuya yerləşdirilir.