Cəmi: 0 AZN
Cəmi: 0.00 AZN
<i style="font-style:normal;">Prolek Forte</i><i style="font-style:normal;color:red;"> (Probiotik)</i>

Prolek Forte (Probiotik)

(1947 Baxış)
0 AZN
  • Sifariş et
  • Qisa Məlumat

    Prolek Forte
    (Bioloji fəallığa malik qida əlavəsinin istifadəsi üzrə təlimat)

    Tərkibi: (1 saşe üçün)
    Təsiredici maddələr:
    Lactobacillus acidophilus – 1 mq (1×108 KƏV)
    Lactobacillus rhamnosus – 0,2 mq (8×107 KƏV)
    Lactobacillus bulgaricus – 2 mq (2×108 KƏV)
    Lactobacillus casei – 1 mq (5×108 KƏV)
    Bifidobacterium bifidum – 2 mq (2×108 KƏV)
    *KƏV – Koloniya Əmələgətirən Vahid
    İnulin – 50 mq
    Köməkçi maddələr:
    Saxaroza (Saccharosum), Laktoza (Lactosum), Maqnezium stearat (Magnesii stearas).
    Məhsul haqqında məlumat:
    Prolek forte - Bağırsağın mikroflorasını tənzimləmək, mədə bağırsaq sisteminin fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ-dir.
    Əks göstərişlər:
    Bioloji fəallığa malik qida əlavəsinin hər hansı bir komponentinə qarşı fərdi həssaslıq.
    İstifadə qaydası və dozası:
    Prolek forte yeməkdən sonra suda həll olunub daxilə qəbul olunur.
    4-14 yaş uşaqlar: 1 saşe gündə 1-2 dəfə.
    14+ uşaqlar və böyüklər: 1 saşe gündə 2-3 dəfə.
    Tövsiyə edilən təyinat yalnız həkim məsləhəti ilə dəyişdirilə bilər!
    Əlavə təsirləri:
    Məhsul istifadə üzrə təlimata uyğun qəbul olunarsa, heç bir əlavə təsir müşahidə olunmur.
    Xəbərdarlıq: Dərman vasitəsi deyildir. Bioloji fəallığa malik qida əlavəsidir.
    Məhsul xəstəliklərin müalicəsi məqsədilə istifadə edilə bilməz!
    Tövsiyə edilən sutkalıq dozanı aşmayın!
    Hamiləlik və laktasiya dövründə, xəstəlik və dərman istifadəsi zamanı və ya digər hallarda həkimlə məsləhətləşin!
    Bioloji fəallığa malik qida əlavələri balanslaşdırılmış qidanı əvəz etmir!
    4-14 YAŞ UŞAQLAR ÜÇÜN UYĞUNDUR!
    Buraxılış forması:
    Prolek forte saşelər №20 olmaqla, içlik vərəqəsi ilə birgə karton qutuya yerləşdirilir.
    Şərhlər
    Video