Cəmi: 0 AZN
Cəmi: 0.00 AZN
<i style="font-style:normal;">Poliparazin</i><i style="font-style:normal;color:red;">(Qurdqovucu)</i>

Poliparazin(Qurdqovucu)

(352 Baxış)
0 AZN
  • Sifariş et
  • Qisa Məlumat
    POLİPARAZİN 120 ml
    (Bioloji fəallığa malik qida əlavəsinin istifadəsi üzrə təlimat)
    Tərkibi: (10 ml üçün)
    Təsiredici maddələr:
    Dərman gülümbaharı (Calendula officinalis) çiçəklərinin duru ekstraktı – 1,5 ml
    Adi zirə (Carum carvi) meyvələrinin duru ekstraktı – 1,5 ml
    Adi kəklikotu (Thymus vulgaris) otunun duru ekstraktı – 1,5 ml
    Dərman gülxətmi (Althaea officinalis L.) kökünün duru ekstraktı – 1,5 ml
    Köməkçi maddələr:
    Saxaroza (Saccharosum), Mixək yağı (Clove oil), Qatı ərik şirəsi (Concentrated apricot juice), Qatı
    gavalı şirəsi (Concentrated plum juice), Natrium benzoat (Natrium benzoicum), Kalium sorbat (Kalii
    sorbas), Qliserin (Glyserolum), Limon turşusu (Acidum citricum), Ksantan kitrəsi (Xanthomonas
    campestris), Portağal şirəsinin qatı konsentratı (Orange juice soft concentrate), Təmizlənmiş su
    (Purified water).
    Məhsul haqqında məlumat:
    Poliparazin - Qurd invaziyalar zamanı qidanı bioloji fəallığa malik qida maddələri ilə zənginləşdirən
    BFMQƏ-dir.
    Əks göstərişlər:
    Bioloji fəallığa malik qida əlavəsinin hər hansı bir komponentinə qarşı fərdi həssaslıq.
    İstifadə qaydası və dozası:
    4-7 yaş uşaqlar: 10 ml gündə 2 dəfə yeməkdən 30 dəqiqə sonra;
    8-14 yaş uşaqlar: 15 ml gündə 2 dəfə yeməkdən 30 dəqiqə sonra;
    14 yaşdan yuxarı uşaqlar və böyüklər: 20 ml gündə 2 dəfə yeməkdən 30 dəqiqə sonra;
    Tövsiyə edilən təyinat yalnız həkim məsləhəti ilə dəyişdirilə bilər!
    Əlavə təsirləri:
    Məhsul istifadə üzrə təlimata uyğun qəbul olunarsa, heç bir əlavə təsir müşahidə olunmur.
    Xəbərdarlıq: Dərman vasitəsi deyildir. Bioloji fəallığa malik qida əlavəsidir.
    Məhsul xəstəliklərin müalicəsi məqsədilə istifadə edilə bilməz!
    Tövsiyə edilən sutkalıq dozanı aşmayın!
    Hamiləlik və laktasiya dövründə, xəstəlik və dərman istifadəsi zamanı və ya digər hallarda həkimlə
    məsləhətləşin!
    Bioloji fəallığa malik qida əlavələri balanslaşdırılmış qidanı əvəz etmir!
    4-14 YAŞ UŞAQLAR ÜÇÜN UYĞUNDUR!
    Buraxılış forması:
    Şüşə flakonda, şərbət formasında, 120 ml, içlik vərəqəsi ilə birgə karton qutuya yerləşdirilir.
    Şərhlər
    Video