Qisa Məlumat
Paradise № 30
Bioloji fəallığa malik qida əlavəsinin istifadəsi üzrə təlimat
Tərkibi: (1 kapsul üçün)
Təsiredici maddələr:
Melatonin (Melatoninum) - 1 mq
İnkarnat qonaqotu (Passiflora incarnata) yarpağının quru ekstraktı - 50 mq
Adi damotu (Leonurus cardiaca) otunun quru ekstraktı - 50 mq
Yemişan (Crataegus monogina) meyvəsinin quru ekstraktı - 50 mq
Dərman bədrənci (Melissa officinalis) yarpağının quru ekstraktı - 50 mq
Adi dazıotu (Hypericum perforatum) otunun quru ekstraktı - 20 mq
Maqnezium (Maqnezium hidroksid formasında) - 50 mq
Vitamin B6 (Piridoksin hidroxlorid formasında) - 6 mq
Köməkçi maddələr:
Qarğıdalı nişastası, Maqnezium stearat, Silisium dioksid, Təbii jelatin (kapsulların
örtüyünü hazırlamaq üçün).
Məhsul haqqında məlumat:
Paradise - Mərkəzi Sinir Sisteminin fəaliyyətini yaxşılaşdırmaq üçün qidani bioloji fəal
maddələrlə zənginləşdirən BFMQƏ-dir.
Əks göstərişlər:
Bioloji fəallığa malik qida əlavəsinin hər hansı bir komponentinə qarşı fərdi həssaslıq.
İstifadə qaydası və dozası:
Paradise yeməkdən sonra bol miqdarda su ilə daxilə qəbul edilir.
Böyüklər: 1 kapsul gündə 1 dəfə
Tövsiyə edilən təyinat yalnız həkim məsləhəti ilə dəyişdirilə bilər!
Əlavə təsirləri:
Məhsul istifadə üzrə təlimata uyğun qəbul olunarsa, heç bir əlavə təsir müşahidə
olunmur.
Xəbərdarlıq: Dərman vasitəsi deyildir. Bioloji fəallığa malik qida əlavəsidir.
Məhsul xəstəliklərin müalicəsi məqsədilə istifadə edilə bilməz!
Tövsiyə edilən sutkalıq dozanı aşmayın!
Hamiləlik və laktasiya dövründə, xəstəlik və dərman istifadəsi zamanı və ya digər
hallarda həkimlə məsləhətləşin!
Bioloji fəallığa malik qida əlavələri balanslaşdırılmış qidanı əvəz etmir.
Buraxılış forması:
Paradise kapsullar № 10 olmaqla 3 blister, içlik vərəqəsi ilə birgə karton qutuya
yerləşdirilir.