Qisa Məlumat
MİRAJ
(Bioloji fəallığa malik qida əlavəsinin istifadəsi üzrə təlimat)
Tərkibi:
20 ml şərbətin tərkibinə daxildir:
Təsiredici maddələr:
Əməköməci (Malva sylvestris) çiçək və yarpaqlarının duru ekstraktı – 2 ml
Çaytikanı (Hippophae rhamnoides) meyvəsinin yağı – 2 ml
Böyük bağayarpağının (Plantago major) yarpağının duru ekstraktı – 1 ml
Dərman gülxətmi (Althaea officinalis) kökünün duru ekstraktı – 1 ml
Dərman bədrənci (Melissa officinalis) yarpağının duru ekstraktı – 1 ml
İstiotlu nanə (Mentha piperita) yarpağının duru ekstraktı – 1 ml
Adi qaraqınıq (Origanum vulgare) otunun duru ekstraktı – 1 ml
Adi razyana (Foeniculum vulgare) meyvəsinin duru ekstraktı – 1 ml
Aptek çobanyastığı (Chamomilla recutita) çiçəyinin duru ekstraktı – 1 ml
Köməkçi maddələr:
Saxaroza (Saccharosum), Natrium benzoat (Natrium benzoicum), Kalium sorbat (Kalii sorbas),
Qliserin (Glyserolum), Limon turşusu (Acidum citricum), Ksantan kitrəsi (Xanthomonas
campestris), Qatı portağal şirəsi (Orange juice concentrate), Təmizlənmiş su (Purified water).
Məhsul haqqında məlumat:
Miraj - Mədə-bağırsaq sisteminin fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan qidani bioloji
fəallığa malik qida maddələri ilə zənginləşdirən BFMQƏ-dir.
Əks göstərişlər:
Bioloji fəallığa malik qida əlavəsinin hər hansı bir komponentinə qarşı fərdi həssaslıq.
İstifadə qaydası və dozası:
4-14 yaş uşaqlar: 10 ml gündə 2 dəfə yeməkdən 15 dəqiqə əvvəl;
14-18 yaş uşaqlar: 15 ml gündə 2 dəfə yeməkdən 15 dəqiqə əvvəl;
Böyüklər: 20 ml gündə 2 dəfə yeməkdən 15 dəqiqə əvvəl;
Tövsiyə edilən təyinat yalnız həkim məsləhəti ilə dəyişdirilə bilər!
Əlavə təsirləri:
Məhsul istifadə üzrə təlimata uyğun qəbul olunarsa, heç bir əlavə təsir müşahidə olunmur.
Xəbərdarlıq: Dərman vasitəsi deyildir. Bioloji fəallığa malik qida əlavəsidir.
Məhsul xəstəliklərin müalicəsi məqsədilə istifadə edilə bilməz!
Tövsiyə edilən sutkalıq dozanı aşmayın!
Hamiləlik və laktasiya dövründə, xəstəlik və dərman istifadəsi zamanı və ya digər hallarda həkimlə məsləhətləşin!
Bioloji fəallığa malik qida əlavələri balanslaşdırılmış qidanı əvəz etmir.
4-14 YAŞ UŞAQLAR ÜÇÜN UYĞUNDUR!
Buraxılış forması:
Şüşə flakonda, şərbət formasında, 250 ml, içlik vərəqəsi ilə birgə karton qutuya yerləşdirilir.
Saxlanma şəraiti:
Qablaşma qutusunda 25 °C-dən aşağı temperaturda, quru, günəş şüası düşməyən və uşaqların əli
çatmayan yerdə saxlanılmalıdır.
Yararlılıq müddəti: 3 il.
İstehsal tarixi qutunun üzərində qeyd olunub. Yararlılıq müddəti bitmiş məhsuldan istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti: Reseptsiz.
Sifarişçi: Met Line, Gida Kozmetik İlaç. İstanbul, Türkiyə.
İstehsalçı: “Bəyaz Flora” MMC, Bakı şəh., Abşeron ray., Fatmayı kəndi, Qara Qarayev küç. 145.
www.beyazflora.az
TŞ AZ 2004978631.001-2020