Cəmi: 0 AZN
Cəmi: 0.00 AZN
<i style="font-style:normal;">Mican</i><i style="font-style:normal;color:red;"> (Probiotik)</i>

Mican (Probiotik)

(2393 Baxış)
0 AZN
  • Sifariş et
  • Qisa Məlumat
    MİCAN
    Bioloji fəallığa malik qida əlavəsinin istifadəsi üzrə təlimat

    Tərkibi: (1 kapsul üçün)
    Təsiredici maddələr:
    Lactobacillus acidophilus – 0,5 mq (5×10^7 KƏV)
    Lactobacillus rhamnosus – 0,1 mq (4×10^7 KƏV)
    Lactobacillus bulgaricus – 1 mq (1×10^8 KƏV)
    Lactobacillus casei – 0,5 mq (2,5×10^8 KƏV)
    Bifidobacterium bifidum – 1 mq (1×10^8 KƏV)
    *KƏV – Koloniya Əmələgətirən Vahid
    Köməkçi maddələr:
    Saxaroza (Saccharosum), Laktoza (Lactosum), Maqnezium stearat (Magnesii stearas), Təbii jelatin (Natural gelatin) (kapsulların örtüyünü hazırlamaq üçün).
    Məhsul haqqında məlumat:
    Mican bağırsağın mikroflorasını yaxşılaşdırmaq üçün istifadə olunan BFMQƏ - dir.
    Əks göstərişlər:
    Bioloji fəallığa malik qida əlavəsinin hər hansı bir komponentinə qarşı fərdi həssaslıq.
    İstifadə qaydası və dozası:
    4-14 yaş uşaqlar: 1 kapsul gündə 1-2 dəfə.
    14+ uşaqlar və böyüklər: 1 kapsul gündə 2-3 dəfə.
    Tövsiyə edilən təyinat yalnız həkim məsləhəti ilə dəyişdirilə bilər!
    Əlavə təsirləri:
    Məhsul istifadə üzrə təlimata uyğun qəbul olunarsa, heç bir əlavə təsir müşahidə olunmur.
    Xəbərdarlıq: Dərman vasitəsi deyildir. Bioloji fəallığa malik qida əlavəsidir.
    Məhsul xəstəliklərin müalicəsi məqsədilə istifadə edilə bilməz!
    Tövsiyə edilən sutkalıq dozanı aşmayın!
    Hamiləlik və laktasiya dövründə, xəstəlik və dərman istifadəsi zamanı və ya digər hallarda həkimlə məsləhətləşin!
    Bioloji fəallığa malik qida əlavələri balanslaşdırılmış qidanı əvəz etmir.
    Buraxılış forması:
    Mican kapsullar № 30 flakonda, içlik vərəqəsi ilə birgə karton qutuya yerləşdirilir.
    Saxlanma şəraiti:
    Qablaşma qutusunda 25 °C-dən aşağı temperaturda, quru, günəş şüası düşməyən və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.
    Yararlılıq müddəti: 3 il.
    İstehsal tarixi qutunun üzərində qeyd olunub. Yararlılıq müddəti bitmiş məhsuldan istifadə etmək olmaz.
    Aptekdən buraxılma şərti: Reseptsiz.
    Sifarişçi: Met Line, Gida Kozmetik İlaç. İstanbul, Türkiyə.
    İstehsalçı: “Bəyaz Flora” MMC, Abşeron rayonu, Fatmayı kəndi.
    www.beyazflora.az
    TŞ AZ 2004978631.001-2020

    Şərhlər
    Video