Cəmi: 0 AZN
Cəmi: 0.00 AZN
<i style="font-style:normal;">Meladam</i><i style="font-style:normal;color:red;"> (Sakitləşdirici)</i>

Meladam (Sakitləşdirici)

(1552 Baxış)
0 AZN
  • Sifariş et
  • Qisa Məlumat
    Meladam 50 ml
    Bioloji fəallığa malik qida əlavəsinin istifadəsi üzrə təlimat

    Tərkibi: (1 ml üçün)
    Təsiredici maddələr:
    Melatonin (Melatoninum) – 1 mq
    Qlisin – 50 mq
    Köməkçi maddələr:
    Saxaroza (Saccharosum), Qliserin (Glyserolum), Limon turşusu (Acidum citricum), Təmizlənmiş su (Purified water).
    Məhsul haqqında məlumat:
    Meladam - Mərkəzi Sinir Sisteminin fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ-dir.
    Əks göstərişlər:
    Bioloji fəallığa malik qida əlavəsinin hər hansı bir komponentinə qarşı fərdi həssaslıq.
    İstifadə qaydası və dozası:
    Böyüklər: 20 damcı gündə 1 dəfə daxilə qəbul etməlidir.
    Tövsiyə edilən təyinat yalnız həkim məsləhəti ilə dəyişdirilə bilər!
    Əlavə təsirləri:
    Məhsul istifadə üzrə təlimata uyğun qəbul olunarsa, heç bir əlavə təsir müşahidə olunmur.
    Xəbərdarlıq: Dərman vasitəsi deyildir. Bioloji fəallığa malik qida əlavəsidir.
    Məhsul xəstəliklərin müalicəsi məqsədilə istifadə edilə bilməz!
    Tövsiyə edilən sutkalıq dozanı aşmayın!
    Hamiləlik və laktasiya dövründə, xəstəlik və dərman istifadəsi zamanı və ya digər
    hallarda həkimlə məsləhətləşin!
    Bioloji fəallığa malik qida əlavələri balanslaşdırılmış qidanı əvəz etmir!
    Buraxılış forması:
    Meladam daxilə qəbul üçün məhlul – damcı 50 ml flakonda, içlik vərəqəsi ilə birgə karton qutuya yerləşdirilir.
    Şərhlər
    Video