Qisa Məlumat
MARSAMEL
(Bioloji fəallığa malik qida əlavəsinin istifadəsi üzrə təlimat)
Tərkibi:
10 ml şərbətin tərkibinə daxildir:
Təsiredici maddələr:
Beta - Qlukan (Beta - Glucan) – 100 mq
Vitamin C (L – Askorbin turşusu formasında) –100 mq
Vitamin A (Retionol palmitat formasında) – 900 BV
Vitamin D (Xolekalsiferol formasında) – 200 BV
Vitamin E (Tokoferol asetat formasında) – 10 BV
Selen (Natrium selenit formasında) – 25 mkq
Sink sulfat – 5 mq
Köməkçi maddələr:
Saxaroza (Saccharosum), Natrium benzoat (Natrium benzoicum), Kalium sorbat (Kalii sorbas), Qliserin (Glyserolum), Limon turşusu (Acidum citricum), Ksantan kitrəsi (Xanthomonas campestris), Qatı portağal şirəsi (Orange juice concentrate), Təmizlənmiş su (Purified water).
Məhsul haqqında məlumat:
Marsamel - İmmun sisteminin fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan qidani bioloji fəallığa malik qida əlavələri ilə zənginləşdirən BFMQƏ-dir.
Əks göstərişlər:
Bioloji fəallığa malik qida əlavəsinin hər hansı bir komponentinə qarşı fərdi həssaslıq.
4 yaşına qədər uşaqlar.
İstifadə qaydası və dozası:
4-7 yaş uşaqlar: 10 ml gündə 2 dəfə yeməkdən 30 dəqiqə sonra;
8-14 yaş uşaqlar: 15 ml gündə 2 dəfə yeməkdən 30 dəqiqə sonra;
14 yaşdan yuxarı uşaqlar və böyüklər: 20 ml gündə 2 dəfə yeməkdən 30 dəqiqə sonra;
Tövsiyə edilən təyinat yalnız həkim məsləhəti ilə dəyişdirilə bilər!
Əlavə təsirləri:
Məhsul istifadə üzrə təlimata uyğun qəbul olunarsa, heç bir əlavə təsir müşahidə olunmur.
Xəbərdarlıq: Dərman vasitəsi deyildir. Bioloji fəallığa malik qida əlavəsidir.
Məhsul xəstəliklərin müalicəsi məqsədilə istifadə edilə bilməz!
Tövsiyə edilən sutkalıq dozanı aşmayın!
Hamiləlik və laktasiya dövründə, xəstəlik və dərman istifadəsi zamanı və ya digər hallarda həkimlə məsləhətləşin!
Bioloji fəallığa malik qida əlavələri balanslaşdırılmış qidanı əvəz etmir!
4-14 YAŞ UŞAQLAR ÜÇÜN UYĞUNDUR!
Buraxılış forması:
Şüşə flakonda, şərbət formasında, 150 ml, içlik vərəqəsi ilə birgə karton qutuya yerləşdirilir.
Saxlanma şəraiti:
Qablaşma qutusunda 25 °C-dən aşağı temperaturda, quru, günəş şüası düşməyən və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.
Yararlılıq müddəti: 3 il.
İstehsal tarixi qutunun üzərində qeyd olunub. Yararlılıq müddəti bitmiş məhsuldan istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti: Reseptsiz.
Sifarişçi: Met Line, Gida Kozmetik İlaç. İstanbul, Türkiyə.
İstehsalçı: “Bəyaz Flora” MMC, Bakı şəh., Abşeron ray., Fatmayı kəndi, Qara Qarayev küç. 145.
www.beyazflora.az
TŞ AZ 2004978631.001-2020