Cəmi: 0 AZN
<i style="font-style:normal;">Maripol</i><i style="font-style:normal;color:red;"> (Öskürək əleyhinə)</i>

Maripol (Öskürək əleyhinə)

(1361 Baxış)
0 AZN
  • Sifariş et
  • Qisa Məlumat
    MARİPOL
    (Bioloji fəallığa malik qida əlavəsinin istifadəsi üzrə təlimat)

    Tərkibi:
    10 ml şərbətin tərkibinə daxildir:
    Təsiredici maddələr:
    Aptek çobanyastığı (Chamomilla recutita) çiçəyinin duru ekstraktı – 10 mq
    Dərman gülxətmi (Althaea officinalis) çiçəyinin duru ekstraktı – 25 mq
    Tüksüz biyan (Glycyrrhiza glabra) kökünün duru ekstraktı – 75 mq
    Dərman adaçayı (Salvia officinalis) yarpağının duru ekstraktı – 20 mq
    Keçibuynuzu (Ceratonia siliqua) meyvəsinin bəhməzi – 50 mq
    Ürəkvarı cökə (Tilia cordata) çiçəyinin duru ekstraktı – 15 mq
    Köməkçi maddələr:
    Saxaroza (Saccharosum), Natrium benzoat (Natrium benzoicum), Kalium sorbat (Kalii sorbas), Qliserin (Glyserolum), Limon turşusu (Acidum citricum), Ksantan kitrəsi (Xanthomonas campestris), Adi moruğun qatı şirəsi (Raspberry juice concentrate), Təmizlənmiş su (Purified water).
    Məhsul haqqında məlumat:
    Maripol - Bəlğəmgətirici və bronx sekresiyasını artırmaq üçün qidanı bioloji fəallığa malik qida əlavələri ilə zənginləşdirən BFMQƏ-dir.
    Əks göstərişlər:
    Bioloji fəallığa malik qida əlavəsinin hər hansı bir komponentinə qarşı fərdi həssaslıq.
    İstifadə qaydası və dozası:
    Böyüklər: 15 ml gündə 2 dəfə yeməkdən 30 dəqiqə sonra;
    Tövsiyə edilən təyinat yalnız həkim məsləhəti ilə dəyişdirilə bilər!
    Əlavə təsirləri:
    Məhsul istifadə üzrə təlimata uyğun qəbul olunarsa, heç bir əlavə təsir müşahidə olunmur.
    Xəbərdarlıq: Dərman vasitəsi deyildir. Bioloji fəallığa malik qida əlavəsidir.
    Məhsul xəstəliklərin müalicəsi məqsədilə istifadə edilə bilməz!
    Tövsiyə edilən sutkalıq dozanı aşmayın!
    Hamiləlik və laktasiya dövründə, xəstəlik və dərman istifadəsi zamanı və ya digər hallarda
    həkimlə məsləhətləşin!
    Bioloji fəallığa malik qida əlavələri balanslaşdırılmış qidanı əvəz etmir.
    Buraxılış forması:
    Şüşə flakonda, şərbət formasında 120 ml, içlik vərəqəsi ilə birgə karton qutuya yerləşdirilir.
    Saxlanma şəraiti:
    Qablaşma qutusunda 25 °C-dən aşağı temperaturda, quru, günəş şüası düşməyən və uşaqların
    əli çatmayan yerdə saxlanılmalıdır.
    Yararlılıq müddəti: 3 il.
    İstehsal tarixi qutunun üzərində qeyd olunub. Yararlılıq müddəti bitmiş məhsuldan istifadə etmək olmaz.
    Aptekdən buraxılma şərti: Reseptsiz.
    Sifarişçi: Met Line, Gida Kozmetik İlaç. İstanbul, Türkiyə.
    İstehsalçı: “Bəyaz Flora” MMC, Bakı şəh., Abşeron ray., Fatmayı kəndi, Qara Qarayev küç. 145.
    www.beyazflora.az
    TŞ AZ 2004978631.001-2020

    Şərhlər
    Video