Qisa Məlumat
LEBİDO
Bioloji fəallığa malik qida əlavəsinin (BFMQƏ) istifadəsi üzrə təlimat
Tərkibi (30 ml üçün):
Adi ərküdə (Vitex agnus castus) meyvəsinin cövhəri 1:20 – 3 ml
Aşvaqanda (Withania somnifera) kökünün cövhəri 1:20 – 3 ml
Maka (Lepidium meyenii) kökünün cövhəri 1:10 – 3 ml
Şirin biyan (Glycyrrhiza glabra) kökünün cövhəri 1:10 – 3 ml
Jenşen (Panax Ginseng) kökün cövhəri 1:20 – 3 ml
Çin cırlimonu (Schisandra chinensis) meyvəsinin cövhəri 1:20 – 3 ml
Qulançar (Asparagus racemosus) otunun cövhəri 1:20 – 2 ml
Samanlıq güldəfnəsi (Trigonella foenum-graecum) toxumunun cövhəri 1:20 – 2 ml
Böyük çiçəkli epimedium (Epimedium grandiflorum) otunun cövhəri 1:20 – 2 ml
Damiana (Turnera diffusa) yarpaq və gövdəsinin cövhəri 1:20 – 2 ml
Long Jack (Eurycoma longifolia) kökünün cövhəri 1:20 – 2 ml
Suma (Hebanthe eriantha) kökünün cövhəri 1:20 – 2 ml
Məhsul haqqında məlumat:
LEBİDO – Cinsi fəaliyyəti stimullaşdırır, yorğunluğu aradan qaldırır. Lebido gənc, lakin beyni yorğun qadınlar, daha çox zehni əməklə məşğul olan işçilər üçün qadın cinsi hormonların ifrazını artıran təbii köməkçi vasitədir, erogen (həssas) hissələrdə həssaslığı artırır. Qadınlarda cinsi istəksizliyi aradan qaldırır, cinsi həvəsi artırır. Lebidonun qəbulu zamanı vaginal divarların daralması baş verir və əlaqə zamanı hislər daha qabarıq olur.
Lebido, qadınlarda cinsi əlaqə müddətini uzadır, xoş orqazmı təmin edir.
Lebido serotonin hormonunu artırır, afrodizyak təsir göstərir.
Əks göstərişlər:
Bioloji fəallığa malik qida əlavəsinin hər hansı bir komponentinə qarşı fərdi həssaslıq.
İstifadə qaydası və dozası:
18 yaşdan yuxarı qadınlar: Gündə 3 dəfə hər dəfə 20 damcı olmaqla su ilə durulaşdırılaraq daxilə qəbul olunur.
Tövsiyə edilən sutkalıq doza yalnız həkim məsləhəti ilə dəyişdirilə bilər!
Əlavə təsirləri:
Məhsul istifadə üzrə təlimata uyğun qəbul olunarsa heç bir əlavə təsir müşahidə olunmayır.
Xəbərdarlıq:
LEBİDO məhsulu xəstəliklərin müalicəsi məqsədilə istifadə edilə bilməz!
BFMQƏ normal qidalanmanı əvəz etmir!
Xəstəlik, dərman istifadəsi zamanı və ya digər hallarda həkimlə məsləhətləşin!
Buraxılış forması:
LEBİDO – daxilə qəbul üçün məhlul - damcı 30 ml flakonda, içlik vərəqəsi ilə birgə karton qutuya yerləşdirilir.