Qisa Məlumat
Tərkibi:
5 ml şərbətin tərkibinə daxildir:
Təsiredici maddələr:
Kalsium karbonat – 400 mq
Sink sulfat – 5 mq
Maqnezium hidroksid – 100 mq
Vitamin D₃ (Xolekalsiferol formasında) – 400 BV
Köməkçi maddələr:
Saxaroza (Saccharosum), Natrium benzoat (Natrium benzoicum), Kalium sorbat (Kalii sorbas), Qliserin (Glyserolum), Limon turşusu (Acidum citricum), Ksantan kitrəsi (Xanthomonas campestris), Qatı portağal şirəsi (Orange juice concentrate), Təmizlənmiş su (Purified water). Məhsul haqqında məlumat:
Kalros - Ca, Mg, Zn mineralları və D vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ-dir.
Əks göstərişlər:
Bioloji fəallığa malik qida əlavəsinin hər hansı bir komponentinə qarşı fərdi həssaslıq. İstifadə qaydası və dozası:
1,5-4 yaş uşaqlar: 2,5 ml gündə 2 dəfə yeməkdən 30 dəqiqə sonra;
5-12 yaş uşaqlar: 5 ml gündə 2 dəfə yeməkdən 30 dəqiqə sonra;
12 yaşdan yuxarı uşaqlar və böyüklər: 10 ml gündə 3 dəfə yeməkdən 30 dəqiqə sonra; Tövsiyə edilən təyinat yalnız həkim məsləhəti ilə dəyişdirilə bilər!
Əlavə təsirləri:
Məhsul istifadə üzrə təlimata uyğun qəbul olunarsa, heç bir əlavə təsir müşahidə olunmur.
Xəbərdarlıq: Dərman vasitəsi deyildir. Bioloji fəallığa malik qida əlavəsidir.
Məhsul xəstəliklərin müalicəsi məqsədilə istifadə edilə bilməz!
Tövsiyə edilən sutkalıq dozanı aşmayın!
Hamiləlik və laktasiya dövründə, xəstəlik və dərman istifadəsi zamanı və ya digər hallarda həkimlə məsləhətləşin!
Bioloji fəallığa malik qida əlavələri balanslaşdırılmış qidanı əvəz etmir!
Buraxılış forması:
Şüşə flakonda, şərbət formasında, 150 ml, içlik vərəqəsi ilə birgə karton qutuya yerləşdirilir.