Cəmi: 0 AZN
<i style="font-style:normal;">Hepalit</i><i style="font-style:normal;color:red;"> (Qaraciyər)</i>

Hepalit (Qaraciyər)

(1100 Baxış)
0 AZN
  • Sifariş et
  • Qisa Məlumat
    HEPALİT
    (Bioloji fəallığa malik qida əlavəsinin istifadəsi üzrə təlimat)

    Tərkibi:
    10 ml şərbətin tərkibinə daxildir:
    Təsiredici maddələr:
    It itburnu (Rosa canina) meyvəsinin duru ekstraktı – 4,4 ml
    Adi alaqanqal (Silybum marianum) toxumunun duru ekstraktı – 1 ml
    Solmazçiçəyi (Helichrysum arenarium) çiçəyinin duru ekstraktı – 0,5 ml
    Adi boymadərən (Achillea millefolium) otunun duru ekstraktı – 0,5 ml
    Köməkçi maddələr:
    Saxaroza (Saccharosum), Alma sirkəsi (Apple cider vinegar), Limon turşusu (Acidum citricum), Qatı portağal şirəsi (Orange juice concentrate), Təmizlənmiş su (Purified water).
    Məhsul haqqında məlumat:
    Hepalit - Qaraciyər və öd yollarının fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ-dir.
    Əks göstərişlər:
    Bioloji fəallığa malik qida əlavəsinin hər hansı bir komponentinə qarşı fərdi həssaslıq.
    İstifadə qaydası və dozası:
    Böyüklər: 20 ml gündə 2-3 dəfə yeməkdən 30 dəqiqə sonra;
    Tövsiyə edilən təyinat yalnız həkim məsləhəti ilə dəyişdirilə bilər!
    Əlavə təsirləri:
    Məhsul istifadə üzrə təlimata uyğun qəbul olunarsa, heç bir əlavə təsir müşahidə olunmur.
    Xəbərdarlıq: Dərman vasitəsi deyildir. Bioloji fəallığa malik qida əlavəsidir.
    Məhsul xəstəliklərin müalicəsi məqsədilə istifadə edilə bilməz!
    Tövsiyə edilən sutkalıq dozanı aşmayın!
    Hamiləlik və laktasiya dövründə, xəstəlik və dərman istifadəsi zamanı və ya digər hallarda həkimlə məsləhətləşin!
    Bioloji fəallığa malik qida əlavələri balanslaşdırılmış qidanı əvəz etmir!
    Buraxılış forması:
    Şüşə flakonda, şərbət formasında, 250 ml, içlik vərəqəsi ilə birgə karton qutuya yerləşdirilir.
    Saxlanma şəraiti:
    Qablaşma qutusunda 25 °C-dən aşağı temperaturda, quru, günəş şüası düşməyən və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.
    Yararlılıq müddəti: 3 il.
    İstehsal tarixi qutunun üzərində qeyd olunub. Yararlılıq müddəti bitmiş məhsuldan istifadə etmək olmaz.
    Aptekdən buraxılma şərti: Reseptsiz.
    Sifarişçi: Met Line, Gida Kozmetik İlaç. İstanbul, Türkiyə.
    İstehsalçı: “Bəyaz Flora” MMC, Bakı şəh., Abşeron ray., Fatmayı kəndi, Qara Qarayev küç. 145.
    www.beyazflora.az
    TŞ AZ 2004978631.001-2020

    Şərhlər
    Video