Qisa Məlumat
Bitki xammalı: Althaea officinalis (лат), Dərman gülxətmi (az.), Алтей лекарственный (рус.), Hatmi (tr.), Marsh-mallow (en.)
İstifadəsinə göstəriş: Bürüyücü, iltihab əleyhinə və ağrıkəsici vasitə kimi udlağın və qırtlağın xəstəliklərində, hiperasid qastritdə, xora xəstəliyində tətbiq edilir, bəlğəmgətirici vasitə kimi traxeitdə, bronxitdə və bronxial astmada təyin olunur.
İstifadə qaydası: İki xörək qaşığı xammalın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, qaynayan su hamamında 30 dəq. dəmlənir, otaq temperaturunda soyudulur, süzülür. Böyüklər üçün gündə 4-5 dəfə, hər dəfə 1/3 stəkan, uşaqlar üçün gündə 3-5 dəfə, hər dəfə 1-2 desert qaşığı daxilə qəbul edilir.