Cəmi: 0 AZN
Cəmi: 0.00 AZN
<i style="font-style:normal;">Fluzevit</i><i style="font-style:normal;color:red;"> (Zökəm əleyhinə)</i>

Fluzevit (Zökəm əleyhinə)

(1736 Baxış)
0 AZN
  • Sifariş et
  • Qisa Məlumat
    FLUZEVİT
    (Bioloji fəallığa malik qida əlavəsinin istifadəsi üzrə təlimat)

    Tərkibi: (1 saşe üçün)
    Təsiredici maddələr:
    Sarmısaq (Allium sativum) soğanağının quru ekstraktı – 144 mq
    It itburnu (Rosa canina) meyvəsinin quru ekstraktı – 20 mq
    Vitamin C (L - Askorbin turşusu formasında) – 80 mq
    Sink (Sink sulfat formasında) – 12 mq
    Selen (Natrium selenit formasında) – 50 mkq
    Köməkçi maddələr:
    Saxaroza (Sucrose), Natrium bikarbonat (Sodium bicarbonate), Limon turşusu (Citric acid), Moruq şirəsinin quru konsentratı (Raspberry juice soft concentrate), Mentol (Menthol), Maqnezium stearat (Magnesium stearate), Silisium dioksid (Silicon dioxide), Natrium sitrat (Sodium citrate), Maltodekstrin (Maltodextrin).
    Məhsul haqqında məlumat:
    Fluzevit - Zökəm zamanı orqanizmi bioloji fəal maddələrlə zənginləşdirən BFMQƏ-dir.
    Əks göstərişlər:
    Bioloji fəallığa malik qida əlavəsinin hər hansı bir komponentinə qarşı fərdi həssaslıq.
    İstifadə qaydası və dozası:
    Fluzevit 200 ml suya əlavə olunub qarışdırılaraq daxilə qəbul olunur.
    Böyüklər: 1 saşe gündə 2 dəfə.
    Tövsiyə edilən təyinat yalnız həkim məsləhəti ilə dəyişdirilə bilər!
    Əlavə təsirləri:
    Məhsul istifadə üzrə təlimata uyğun qəbul olunarsa, heç bir əlavə təsir müşahidə olunmur.
    Xəbərdarlıq: Dərman vasitəsi deyildir. Bioloji fəallığa malik qida əlavəsidir.
    Məhsul xəstəliklərin müalicəsi məqsədilə istifadə edilə bilməz!
    Tövsiyə edilən sutkalıq dozanı aşmayın!
    Hamiləlik və laktasiya dövründə, xəstəlik və dərman istifadəsi zamanı və ya digər
    hallarda həkimlə məsləhətləşin!
    Bioloji fəallığa malik qida əlavələri balanslaşdırılmış qidanı əvəz etmir!
    Buraxılış forması:
    Fluzevit saşelər №15 olmaqla, içlik vərəqəsi ilə birgə karton qutuya yerləşdirilir.
    Saxlanma şəraiti:
    Qablaşma qutusunda 25 °C-dən aşağı temperaturda, quru, günəş şüası düşməyən və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.
    Yararlılıq müddəti: 3 il.
    İstehsal tarixi qutunun üzərində qeyd olunub. Yararlılıq müddəti bitmiş məhsuldan istifadə etmək olmaz.
    Aptekdən buraxılma şərti: Reseptsiz.
    İstehsalçı: “Bəyaz Flora” MMC. Bakı şəh., Abşeron ray., Fatmayı, Qara Qarayev küç. 145.
    Sifarişçi: Bəyaz Flora MMC, 1016, Aladar u 3-7, Budapeşt, Macarıstan.
    www.beyazflora.az
    TŞ AZ 2004978631.001-2020
    Şərhlər
    Video