Qisa Məlumat
BROMAL
(Bioloji fəallığa malik qida əlavəsinin istifadəsi üzrə təlimat)
Tərkibi:
100 ml şərbətin tərkibinə daxildir:
Təsiredici maddələr:
Böyük bağayarpağının (Plantago major) yarpağının duru ekstraktı – 14 ml
Adi kəklikotu (Thymus vulgaris) otunun duru ekstraktı – 14 ml
Əməköməci (Malva slyvestris) çiçək və yarpaqlarının duru ekstraktı – 14 ml
İstiotlu nanə (Mentha piperita) yarpağının duru ekstraktı – 5 ml
Köməkçi maddələr:
Saxaroza (Saccharosum), Natrium benzoat (Natrium benzoicum), Kalium sorbat (Kalii sorbas),
Qliserin (Glyserolum), Limon turşusu (Acidum citricum), Ksantan kitrəsi (Xanthomonas campestris), Təmizlənmiş su (Purified water).
Məhsul haqqında məlumat:
Bromal - bəlğəmgətirici və bronx sekresiyasını artırmaq üçün qidanı bioloji fəal maddələrlə zənginləşdirən vasitədir. Bronxların spazmını və təngnəfəsliyi aradan qaldırır, öskürək əleyhinə təsir göstərir. Tənəffüs yollarında iltihabı azaldır, antiseptik, antiallergik təsirə malikdir.
Əks göstərişlər:
Bioloji fəallığa malik qida əlavəsinin hər hansı bir komponentinə qarşı fərdi həssaslıq.
4 yaşına qədər uşaqlar.
İstifadə qaydası və dozası:
4-7 yaş uşaqlar: 5 ml gündə 3 dəfə yeməkdən 30 dəqiqə sonra;
7 -14 yaş uşaqlar: 10 ml gündə 3 dəfə yeməkdən 30 dəqiqə sonra;
14 yaşdan yuxarı uşaqlar və böyüklər: 15 ml gündə 3 dəfə yeməkdən 30 dəqiqə sonra;
Tövsiyə edilən təyinat yalnız həkim məsləhəti ilə dəyişdirilə bilər!
Əlavə təsirləri:
Məhsul istifadə üzrə təlimata uyğun qəbul olunarsa, heç bir əlavə təsir müşahidə olunmur.
Xəbərdarlıq: Dərman vasitəsi deyildir. Bioloji fəallığa malik qida əlavəsidir.
Məhsul xəstəliklərin müalicəsi məqsədilə istifadə edilə bilməz!
Tövsiyə edilən sutkalıq dozanı aşmayın!
Hamiləlik və laktasiya dövründə, xəstəlik və dərman istifadəsi zamanı və ya digər hallarda
həkimlə məsləhətləşin!
Bioloji fəallığa malik qida əlavələri balanslaşdırılmış qidanı əvəz etmir.
4-14 YAŞ UŞAQLAR ÜÇÜN UYĞUNDUR!
Buraxılış forması:
Şüşə flakonda, şərbət formasında 100 ml, içlik vərəqəsi ilə birgə karton qutuya yerləşdirilir.
Saxlanma şəraiti:
Qablaşma qutusunda 25°C-dən aşağı temperaturda, quru, günəş şüası düşməyən və uşaqların
əli çatmayan yerdə saxlanılmalıdır.
Yararlılıq müddəti: 2 il.
İstehsal tarixi qutunun üzərində qeyd olunub. Yararlılıq müddəti bitmiş məhsuldan istifadə
etmək olmaz.
Aptekdən buraxılma şərti: Reseptsiz.
İstehsalçı: “Bəyaz Flora” MMC, Fatmayı, Abşeron rayonu, Azərbaycan.
www.beyazflora.az
TŞ AZ 2004978631.001-2020