Cəmi: 0 AZN
Cəmi: 0.00 AZN
<i style="font-style:normal;">Bonde</i><i style="font-style:normal;color:red;">(Öskürək əleyhinə)</i>

Bonde(Öskürək əleyhinə)

(607 Baxış)
0 AZN
  • Sifariş et
  • Qisa Məlumat
    Bonde 150 ml
    (Bioloji fəallığa malik qida əlavəsinin istifadəsi üzrə təlimat)

    Tərkibi:
    10 ml şərbətin tərkibinə daxildir:
    Təsiredici maddələr:
    Vitamin C (L – Askorbin turşusu formasında) – 120 mq
    Dərman gülxətmi (Althaea officinalis) kökünün quru ekstraktı - 150 mq
    Böyük bağayarpağının (Plantago major) yarpağının quru ekstraktı – 150 mq
    Adi kəklikotu (Thymus vulgaris) otunun quru ekstraktı – 150 mq
    İt itburnu (Rosa canina) meyvəsinin quru ekstraktı – 50 mq
    Adi qaraqınıq (Origanum vulgare) otunun quru ekstraktı – 50 mq
    Köməkçi maddələr:
    Saxaroza, Benzoy turşusu, Kalium sorbat, Qliserin, Limon turşusu, Ksantan kitrəsi, Moruq şirəsinin qatı konsentratı, Təmizlənmiş su.
    Məhsul haqqında məlumat:
    Bonde - Bəlğəm ifrazını yüngülləşdirmək, tənəffüs sisteminin fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ-dir.
    Əks göstərişlər:
    Bioloji fəallığa malik qida əlavəsinin hər hansı bir komponentinə qarşı fərdi həssaslıq.
    4 yaşına qədər uşaqlar.
    İstifadə qaydası və dozası:
    4-7 yaş uşaqlar: 10 ml gündə 2-3 dəfə yeməkdən 30 dəqiqə sonra;
    8-14 yaş uşaqlar: 15 ml gündə 2-3 dəfə yeməkdən 30 dəqiqə sonra;
    14 yaşdan yuxarı uşaqlar və böyüklər: 20 ml gündə 2-3 dəfə yeməkdən 30 dəqiqə sonra;
    Tövsiyə edilən təyinat yalnız həkim məsləhəti ilə dəyişdirilə bilər!
    Əlavə təsirləri:
    Məhsul istifadə üzrə təlimata uyğun qəbul olunarsa, heç bir əlavə təsir müşahidə olunmur.
    Xəbərdarlıq: Dərman vasitəsi deyildir. Bioloji fəallığa malik qida əlavəsidir.
    Məhsul xəstəliklərin müalicəsi məqsədilə istifadə edilə bilməz!
    Tövsiyə edilən sutkalıq dozanı aşmayın!
    Hamiləlik və laktasiya dövründə, xəstəlik və dərman istifadəsi zamanı və ya digər hallarda
    həkimlə məsləhətləşin!
    Bioloji fəallığa malik qida əlavələri balanslaşdırılmış qidanı əvəz etmir!
    4-14 YAŞ UŞAQLAR ÜÇÜN UYĞUNDUR!
    Buraxılış forması:
    Şüşə flakonda, şərbət formasında 150 ml, içlik vərəqəsi ilə birgə karton qutuya yerləşdirilir.
    Şərhlər
    Video