Cəmi: 0 AZN
Cəmi: 0.00 AZN
<i style="font-style:normal;">Bəyaz C</i><i style="font-style:normal;color:red;"> (C vitamini)</i>

Bəyaz C (C vitamini)

(2044 Baxış)
0 AZN
  • Sifariş et
  • Qisa Məlumat
    BƏYAZ-C
    Bioloji fəallığa malik qida əlavəsinin istifadəsi üzrə təlimat

    Tərkibi (1 ml üçün)
    Təsiredici maddələr:
    Vitamin C (Acidum ascorbicum) – 200 mq
    Köməkçi maddələr:
    Saxaroza (Saccharosum), Portağal meyvəsinin şirəsi (Orange fruit juice), Qliserin (Glyserolum),
    Limon turşusu (Acidum citricum), Təmizlənmiş su (Purified water).
    İstifadəsinə tövsiyələr:
    Bəyaz-C – C vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ-dir.
    Əks göstərişlər:
    Bioloji fəallığa malik qida əlavəsinin hər hansı bir komponentinə qarşı fərdi həssaslıq.
    İstifadə qaydası və dozası:
    Bəyaz-C səhər yeməyi zamanı və ya yeməkdən sonra su ilə durulaşdırılaraq daxilə qəbul olunur.
    Məhsulun 1 ml-də 20 damcı mövcuddur.
    1.5-4 yaş uşaqlar: Gündə bir dəfə 4 damcı.
    5-7 yaş uşaqlar: Gündə bir dəfə 15 damcı.
    8-13 yaş uşaqlar: Gündə bir dəfə 25 damcı.
    14+ yaşdan yuxarı uşaqlar və böyüklər: Gündə bir dəfə 50 damcı.
    Tövsiyə edilən təyinat yalnız həkim məsləhəti ilə dəyişdirilə bilər!
    Əlavə təsirləri:
    Məhsul istifadə üzrə təlimata uyğun qəbul olunarsa, heç bir əlavə təsir müşahidə olunmur.
    Xəbərdarlıq: Dərman vasitəsi deyildir. Bioloji fəallığa malik qida əlavəsidir.
    Məhsul xəstəliklərin müalicəsi məqsədilə istifadə edilə bilməz!
    Tövsiyə edilən sutkalıq dozanı aşmayın!
    Hamiləlik və laktasiya dövründə, xəstəlik və dərman istifadəsi zamanı və ya digər hallarda həkimlə məsləhətləşin!
    Bioloji fəallığa malik qida əlavələri balanslaşdırılmış qidanı əvəz etmir.
    4-14 YAŞ UŞAQLAR ÜÇÜN UYĞUNDUR!
    Buraxılış forması:
    Bəyaz-C daxilə qəbul üçün məhlul – damcı 25 ml flakonda, içlik vərəqəsi ilə birgə karton qutuya yerləşdirilir.
    Saxlanma şəraiti:
    Qablaşma qutusunda 25 °C-dən aşağı temperaturda, quru, günəş şüası düşməyən və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.
    Yararlılıq müddəti: 3 il.
    İstehsal tarixi qutunun üzərində qeyd olunub. Yararlılıq müddəti bitmiş məhsuldan istifadə etmək olmaz.
    Aptekdən buraxılma şərti: Reseptsiz.
    İstehsalçı: “Bəyaz Flora” MMC, Abşeron rayonu, Fatmayı kəndi.
    www.beyazflora.az
    TŞ AZ 2004978631.001-2020
    Şərhlər
    Video