Qisa Məlumat
Bestlor A 30 ml
(Bioloji fəallığa malik qida əlavəsinin istifadəsi üzrə təlimat)
Tərkibi: (30 ml üçün)
Təsiredici maddələr:
Vərəmum (Propolis) cövhəri – 3 ml
Aptek çobanyastığı (Matricaria recutita) çiçəyinin duru ekstraktı – 1,8 ml
Adi qaraqınıq (Origanum vulgare) otunun duru ekstraktı – 3 ml
İstiotlu nanə (Mentha piperita) yarpağının duru ekstraktı – 2 ml
Dərman gülümbaharı (Calendula officinalis) çiçəyinin duru ekstraktı – 2 ml
Adi kəklikotu (Thymus vulgaris) otunun duru ekstraktı – 2 ml
Ensizyarpaq lavanda (Lavandula angustifolia) çiçəyinin duru ekstraktı – 2 ml
Böyük bağayarpağının (Plantago major) yarpağının duru ekstraktı– 2 ml
Adi razyana (Foeniculum vulgare) meyvəsinin duru ekstraktı – 2 ml
Çaytikanı (Hippophae rhamnoides) meyvəsinin yağı – 2 ml
Köməkçi maddələr:
Saxaroza (Saccharosum), Qliserin (Glyserolum), Limon turşusu (Acidum Citricum), Təmizlənmiş su (Purified water).
Məhsul haqqında məlumat:
Bestlor A - yuxarı tənəffüs yollarının iltihabı zamanı qidanı bioloji fəal maddələrlə
zənginləşdirən BFMQƏ-dir.
Əks göstərişlər:
Məhsulun hər hansı bir komponentinə qarşı fərdi həssaslıq.
İstifadə qaydası və dozası:
4-6 yaş uşaqlar: 1 püskürtmə gündə 2-3 dəfə.
7-13 yaş uşaqlar: 2 püskürtmə gündə 3 dəfə.
14+ yaşdan yuxarı uşaqlar və böyüklər: 3-4 püskürtmə gündə 3 dəfə.
Tövsiyə edilən təyinat yalnız həkim məsləhəti ilə dəyişdirilə bilər!
Əlavə təsirləri:
Məhsul istifadə üzrə təlimata uyğun qəbul olunarsa, heç bir əlavə təsir müşahidə olunmur.
Xəbərdarlıq: Dərman vasitəsi deyildir. Bioloji fəallığa malik qida əlavəsidir.
Məhsul xəstəliklərin müalicəsi məqsədilə istifadə edilə bilməz!
Tövsiyə edilən sutkalıq dozanı aşmayın!
Hamiləlik və laktasiya dövründə, xəstəlik və dərman istifadəsi zamanı və ya digər hallarda həkimlə məsləhətləşin!
Məhsul balanslaşdırılmış qidanı əvəz etmir!
4-14 YAŞ UŞAQLAR ÜÇÜN UYĞUNDUR!
Buraxılış forması:
Şüşə flakonda, sprey formasında 30 ml, içlik vərəqəsi ilə birgə karton qutuya yerləşdirilir.