Qisa Məlumat
Tərkibi: aptek çobanyastığının çiçəkləri xamazulen, (-) - a-bisabolol, bisaboloksid A və B, farnezin kimi əsas komponentləri olan efir yağı; flavonoidlər; fenol karboksil turşuları; polisaxaridlər və digər birləşmələrdən ibarətdir.
Xüsusiyyətləri: Çobanyastığı çayı spazmolitik, iltihab əleyhinə, antiseptik təsirə malikdir, metiorizmi azaldır.
İstifadə qaydası və dozası: 2 filtr paket (3.0 qr) şüşə və ya emal qabına yerləşdirilir, üzərinə 100 ml (½ stəkan) qaynar su əlavə olunur, qapağı bağlanır və 15 dəqiqə ərzində dəmlənir, mütəmadi olaraq filtr-paketlər qaşıqla sıxılır, sonda filtr-paketlər tam sıxılır. Alınan dəmləməni 100 ml- ə çatdırmaq üçün üzərinə qaynar su əlavə olunur. Istifadə etməzdən əvvəl dəmləmə çalxalanır.
Gündə 2-3 dəfə yeməkdən əvvəl, 2-3 xörək qaşığı ilıq halda daxilə qəbul edilir. Ağız boşluğu və boğaz gündə 3-5 dəfə, ½ -1 stəkan ilıq halda qarqara edilir.
İmalə üçün gündə 1-2 dəfə 50 ml ilıq halda istifadə edilir.